AZ

Rodriqes siyasi məhbuslar üçün amnistiya haqqında qanunu imzalayıb

Rodriqes siyasi məhbuslar üçün amnistiya haqqında qanunu imzalayıb

Venesuelada prezidentin səlahiyyətlərini yerinə yetirən Delsi Rodriqes respublika Milli Assambleyası (parlament) tərəfindən yekdilliklə qəbul edilmiş "Demokratik birgəyaşayış üçün amnistiya haqqında" qanunu imzalayıb.

AFN.az xəbər verir ki, "Venezolana de Televisión" telekanalının efirində çıxış edən Delsi Rodriqes 1999-cu ildən bəri bütün siyasi prosesləri, o cümlədən siyasi məqsədli zorakılıq aktlarını və nifrət cinayətlərini əhatə edən amnistiya qanununun əhəmiyyətini vurğulayıb. O, qısa müddətdə sənədin qəbuluna imkan verən "müstəsna siyasi yetkinlik" nümayiş etdirdiklərinə görə parlament deputatlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, amnistiya 1999-cu il yanvarın 1-dən bu yana olan dövrü əhatə edir. Qanun "Rəsmi qəzet"də dərc edildikdən sonra qüvvəyə minəcək. Delsi Rodriqes vurğulayıb ki, ədalətin bərpası və milli barışıq Venesuelanın sülh və sakit mühitdə inkişafı üçün əsas vəzifələrdən biridir.

Seçilən
23
afn.az

1Mənbələr