AZ

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Yeni Zelandiya hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib və Rusiya neftinin qiymət tavanını bir barel üçün 44,10 dollara endirib.

AFN.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, 20 fevral 2026-cı il tarixindən etibarən sanksiya siyahısına 23 vətəndaş, 13 müəssisə və 100 dəniz gəmisi daxil edilib. Həmçinin Rusiya mənşəli xam neft üçün tətbiq edilən qiymət həddi 47,60 dollardan 44,10 dollara endirilib.

Yenilənmiş reyestrə Rusiyanın "Garantex" kriptovalyuta birjasının rəhbərləri, Vellinqtonun "QRU əməkdaşları" hesab etdiyi bir neçə şəxs, habelə İranın PUA istehsalçısı "Qods Aviation Industries" şirkətinin üç nümayəndəsi əlavə edilib. Bu addım Yeni Zelandiyanın beynəlxalq tərəfdaşları ilə koordinasiyalı şəkildə həyata keçirdiyi təzyiq siyasətinin bir hissəsidir.

Xatırladaq ki, 2022-ci ilin martından bəri Yeni Zelandiya hakimiyyəti Rusiya müəssisələri və vətəndaşlarına qarşı 35 dəfədən çox məhdudiyyət tətbiq edib. Ümumilikdə ticarət və maliyyə qadağaları Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla 1800-dən çox şəxsi əhatə edib.

Seçilən
24
afn.az

1Mənbələr