AZ

Çində yanğınsöndürən maşını dərəyə aşdı: Ölənlər var

BAKI, 20 fevral. TELEQRAF

Çinin mərkəzi hissəsində yerləşən Hunan əyalətində yanğınsöndürən maşınının dərəyə düşməsi nəticəsində altı xilasedici ölüb.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə fevralın 19-u axşam saatlarında Sinyxua rayonunda baş verib.

Yanğınsöndürənlər Luquan qəsəbəsində baş vermiş yanğının söndürülməsi əməliyyatını başa vurduqdan sonra depoya qayıdırmışlar.

Məlumata görə, qəza zamanı daha bir xilasedici xəsarət alıb və ona tibbi yardım göstərilir.

Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Seçilən
62
teleqraf.com

1Mənbələr