AZ

Mağazada satıcı işləyirdi, indi bütün dünya adını əzbər bilir FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əvvəllər Madriddə mağazada satış məsləhətçisi işləyən Georgina Rodriqes bu gün dünyanın ən tanınmış simalarından biridir. 2016-cı ildə məşhur futbolçu Kriştiano Ronaldo ilə tanışlıq onun həyatında dönüş nöqtəsinə çevrilib və həmin vaxtdan etibarən Rodriqes həm şəxsi həyatı, həm də karyerası ilə daim diqqət mərkəzindədir.Demokrat.az xəbər verir ki, Georgina Rodriqes 2016-cı ildə Madriddə “Gucci” mağazasında işləyərkən Kriştiano Ronaldo ilə tanış olub. Qısa müddət sonra münasibətləri ictimailəşib və cütlük dünya mediasının əsas mövzularından birinə çevrilib. Onların ailəsində Eva Maria və Mateo adlı əkizlər, Alana Martina və Bella Esmeralda adlı qızları dünyaya gəlib. Ronaldonun əvvəlki münasibətindən Cristiano Jr. adlı oğlu da var.Rodriqes Ronaldo ilə tanışlıqdan əvvəl sadə həyat sürüb. Karyerasına rəqqasə kimi başlayıb, 18 yaşında Madriddə köçərək müxtəlif işlərdə çalışıb. Gündüzlər pərakəndə satış sahəsində işləyib, həftə sonları isə əlavə qazanc üçün barda fəaliyyət göstərib. Moda sahəsinə marağı onu “Gucci” mağazasında satış məsləhətçisi vəzifəsinə gətirib çıxarıb.Son illərdə o, özünü təkcə futbolçunun həyat yoldaşı kimi deyil, həm də müstəqil ictimai fiqur kimi təsdiqləyib. 2022-ci ildə “Netflix” platformasında yayımlanan “Ben Georgina’yım” sənədli filmi ilə şəxsi həyat hekayəsini geniş auditoriyaya təqdim edib. Bundan əlavə, moda sahəsində öz brendini yaradaraq sahibkarlıq fəaliyyətinə başlayıb.Hazırda sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Georgina Rodriqes modellik fəaliyyəti və lüks markalarla əməkdaşlıqları ilə diqqət mərkəzindədir.Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
demokrat.az

1Mənbələr