AZ

Fələstin İsrailin "Sülh Şurası"ndan çıxarılmasını istəyir

Fələstin İsrailin "Sülh Şurası"ndan çıxarılmasını istəyir

Fələstin tərəfi İsrailin "Sülh Şurası"nda iştirakına qəti şəkildə qarşı çıxır.

AFN.az xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi müşahidəçisi Salah Abdel Şafi "İzvestiya"ya müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu törədilmiş cinayətlərə görə məhkəmə qarşısında cavab verməli olan bir "hərbi cinayətkar"dır və onun belə bir sülh qurumunda üzvlüyü qəbulolunmazdır.

Səfir Qəzza zolağındakı humanitar vəziyyətin kritik olduğunu vurğulayaraq qeyd edib ki, müharibə nəticəsində bölgədə infrastruktur, səhiyyə və təhsil sistemi tamamilə məhv edilib. O, beynəlxalq birliyi bu dağıntıların bərpası üçün real addımlar atmağa çağırıb.

Qeyd edək ki, "Sülh Şurası" 2026-cı ilin yanvarında Davos Forumu çərçivəsində 19 ölkənin iştirakı ilə Qəzzada nizamlanma və idarəetmə məqsədilə yaradılıb. Şuranın əsas hədəfi regionda sabitliyi təmin etmək və post-münaqişə dövründə yenidənqurma işlərini koordinasiya etməkdir.

Seçilən
36
afn.az

1Mənbələr