AZ

KXDR ordusu 600 mm-lik çoxsaylı buraxılış raket sistemlərinin böyük bir partiyasını alıb

"KN-25" bazasında 50 yeni 600 mm-lik çoxməqsədli raket sistemi Şimali Koreya ordusunun silah arsenalına daxili edilib.

"Report" xəbər verir ki, bu barədə "NK News" məlumat yayıb.

Qeyd olunub ki, bu buraxılış qurğularındakı raketlər nüvə başlığı ilə təchiz olunmuş ola bilər.

Şimali Koreya lideri Kim Çen In bildirib ki, yeni MLRS taktiki ballistik raketlərin dəqiqliyini və dağıdıcı gücünü çoxlüləli raket buraxıcılarının atəş sürəti ilə mükəmməl şəkildə birləşdirir.

Onun sözlərinə görə, yeni sistem həmçinin süni intellekt və birləşdirilmiş rəhbərlik sistemindən istifadə edir. O, MLRS-in "strateji" zərbələr, yəni nüvə zərbələri üçün nəzərdə tutulduğunu və naməlum düşmənlərə qarşı çəkindirici vasitə kimi xidmət edəcəyini vurğulayıb.

Seçilən
70
far.az

1Mənbələr