AZ

Dəhşətli bəlanın əlacı tapıldı

Yaponiyada dünyada ilk dəfə induksiya olunmuş kök hüceyrələri (iPS hüceyrələri) əsasında yaradılmış Parkinson xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan preparat qismən təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə Kioto Universiteti nəzdindəki iPS Hüceyrələrinin Tədqiqi və Tətbiqi İnstitutu elan verib.

"Amshepuri" ticarət adı altında buraxılan preparat pasiyentlərə transplantasiya edilmək üçün nəzərdə tutulan sinir hüceyrələri əsasında hazırlanıb. 2025-ci ilin aprelində başa çatan klinik sınaqlar sınaqda iştirak edənlərin bir hissəsində müsbət dəyişikliklər göstərib.

Təsdiqləmə üçün müraciət ötən ilin avqust ayında "Sumitomo Pharma" əczaçılıq şirkəti tərəfindən təqdim edilib. Müraciətə sürətləndirilmiş prosedur qaydasında baxılıb.

Seçilən
64
publika.az

1Mənbələr