AZ

Detoks içkisi kimi yayılıb, amma mədəni məhv edir

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə geniş yayılan zeytun yağı və limon qarışığı trendi sağlamlıq dünyasında yeni müzakirələrə yol açıb. Bir çox istifadəçi bu qarışığı həzm sistemini möcüzəvi şəkildə bərpa edən və dərini parladan "təbii iksir" kimi təqdim edir. Bəs mütəxəssislər bu barədə nə düşünür?Demokrat.az xəbər verir ki, metod olduqca sadədir. Bir xörək qaşığı sızma zeytun yağı ilə yarım limonun şirəsi qarışdırılır və yatmazdan dərhal əvvəl içilir. Bu vərdişin bağırsaq fəaliyyətini sürətləndirdiyi, orqanizmi toksinlərdən təmizlədiyi və qaraciyəri yenilədiyi iddia olunur.Lakin həkimlər bu "möcüzəyə" bir qədər ehtiyatla yanaşırlar. Zeytun yağının ürək dostu olması və limonun C vitamini ilə zənginliyi elmi faktdır. Amma bu iki qidanın birlikdə və məhz gecə saatlarında qəbul edilməsinin hər hansı detoks effekti yaratmasına dair ciddi kliniki sübutlar yoxdur.Xüsusilə mədə problemi olan şəxslər üçün bu trend riskli ola bilər. Reflü, qastrit və ya mədə yanmasından əziyyət çəkənlər üçün limonun turşuluğu və yağın ağırlığı vəziyyəti daha da pisləşdirə bilər.Həkimlər vurğulayırlar ki, sağlamlıq üçün kütləvi yayılan trendlərə deyil, balanslı qidalanma və həkim tövsiyələrinə üstünlük vermək lazımdır. Unutmayın ki, hər bir orqanizm fərqlidir və başqasına yaxşı təsir edən üsul sizdə ciddi fəsadlar yarada bilər.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
demokrat.az

1Mənbələr