BAKI, 20 fevral. TELEQRAF
Rumıniya Qəzza sektorundan xəstə uşaqların təxliyəsində və onların Rumıniya xəstəxanalarında müalicəsində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, humanitar vəziyyətlə bağlı Rumıniya xəstə uşaqların təxliyəsi üçün uçuşların sayını artıra və onları ölkə xəstəxanalarında müalicə edə bilər.
“Biz 1 min uşağa və onların 4 min ailə üzvünə yardım göstərə bilərik”, = deyə dövlət başçısı qeyd edib.
Dan əlavə edib ki, Rumıniya artıq fələstinli tələbələr üçün təqaüdlər təqdim edir və bu proqramı genişləndirə, həmçinin Qəzzada məktəblərin bərpası və təmirinə dəstək verə bilər.