AZ

Alimlər 400 ildən sonra İsveç kraliçasının qızıl üzüyünü tapıblar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Finlandiyanın Turku şəhərində yerləşən kafedral kilsədə kraliça Katarina Monsdotterə məxsus qızıl üzük tapılıb. Üzük əsrlər boyu hökmdarın məzarında siçan yuvasının altında qalıb.

Oxu.Az bu barədə "Yle" nəşrinə istinadən xəbər verir.

Kraliçanın məzarı sonuncu dəfə 1867-ci ildə açılarkən onun qarın nahiyəsində kiçik ipək parça qalıqları aşkarlanmışdı. O zaman bunlar balzamlanma əlaməti kimi qiymətləndirilmişdi. Lakin indi məlum olub ki, həmin parçalar siçanların kraliçanın dəfn geyimindən qopardıqları hissələrdən düzəltdikləri yuvanın bir hissəsi imiş.

Tapılan zinət əşyası Katarina Monsdotterin bu günə qədər qorunub saxlanılan yeganə şəxsi əşyasıdır.

Katarina Monsdotter İsveç kralı XIV Erikin həyat yoldaşı olub. O, 1560-1569-cu illərdə hakimiyyətdə olub. Katarina Finlandiya xalqından olan və İsveç tacını taxmış yeganə kraliça kimi tarixə düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr