AZ

Hakan Fidan: İran ətrafında hərbi fəallıq var

BAKI, 20 fevral. TELEQRAF

Türkiyə İran ətrafında hərbi fəallığın artdığını qeydə alır, lakin tərəflər arasında diplomatik razılaşmanın əldə olunacağına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.

Nazirin sözlərinə görə, ABŞ tərəfi ilə təmaslar zamanı o, Cenevrədə İran nümayəndə heyəti ilə keçirilmiş danışıqların detalları barədə məlumat alıb.

Bununla belə, Ankara İran ətrafında hərbi aktivliyi izlədiyini vurğulayıb. Nazir qeyd edib ki, bu fəallıq danışıqlara təzyiq vasitəsi və ya mümkün hərbi əməliyyata hazırlıq əlaməti ola bilər.

“Ümid edirik ki, tərəflər razılığa gələcəklər və hərbi komponentə ehtiyac qalmayacaq”, – deyə Fidan jurnalistlərə bildirib.

O əlavə edib ki, Türkiyə vəziyyətin inkişafını diqqətlə izləyir və nizamlanma prosesində diplomatik mexanizmləri prioritet hesab edir.

Seçilən
61
teleqraf.com

1Mənbələr