AZ

İranda hərbi təyyarə qəzaya uğrayıb, ölən və yaralı var

İranda hərbi təyyarə qəzaya uğrayıb.

"Far.Az" xəbər verir ki, bu barədə TABNAK qəzeti məlumat yayıb.

Vurğulanıb ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan əyalətində gecə təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotlardan biri ölüb, digəri isə sağ qalıb.

"Cümə axşamı axşamı Nobaran rayonunda təlim təyyarəsi qəzaya uğrayıb və xilasetmə qüvvələri dərhal hadisə yerinə göndərilib. Qəzanın təfərrüatları araşdırılır", - deyə məqalədə bildirilir.

Seçilən
48
2
far.az

4Mənbələr