AZ

"Bu axşam heç bir şansımız yox idi" -Domeniko Tedesko

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda "Nottingem Forest"ə 0:3 hesabı ilə məğlub olan "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko oyunu sərt şəkildə tənqid edib.

Fanat.Az xəbər verir ki, italyan mütəxəssis komandasının fiziki cəhətdən rəqibdən geri qaldığını və bütün ikili mübarizələri uduzduğunu bildirib:

"Hər ikili mübarizəni uduzduq. Belə olan halda sistemdən danışmağın mənası qalmır. Dürüst olmalıyıq ki, bu axşam heç bir şansımız yox idi, hesab 5:0 da ola bilərdi. Qarşımızda fiziki cəhətdən çox güclü, tipik bir İngiltərə komandası var idi. Bəzi futbolçularımızın enerjisi bitmişdi, kifayət qədər cəsarətli oynaya bilmədik. Bu məğlubiyyəti tamamilə haqq etdik."

Kamil Xudiyev

Seçilən
8
1
fanat.az

2Mənbələr