AZ

ABŞ qadın hokkey komandası Olimpiya Oyunlarının qızıl medalını qazanıb

Qış Olimpiya Oyunlarında qadınlar arasında hokkey turnirində final oyunu olub.

İdman.Biz bildirir ki, Milanın “Arena Santa-Culiya” meydançasında ABŞ və Kanada milliləri qarşılaşıblar.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Əlavə vaxtda ABŞ hokkeyçiləri fərqlənərək matçı qələbə ilə başa vurublar – 2:1.

Beləliklə, ABŞ Olimpiadanın qızıl, Kanada isə gümüş medallarını qazanıb. Bürünc medallar İsveçrə millisinə qismət olub.

İdman.Biz
Seçilən
81
1
idman.biz

2Mənbələr