AZ

Bakıda 6:1 uddular, təşəkkür etdilər: “Gözəl şəhərdir və imkan düşərsə…” - FOTO

"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşım Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu". - deyə paylaşımda qeyd olunub.

Bakıda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.

Seçilən
21
sportinfo.az

1Mənbələr