Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Sportinfo.az xəbər verir ki, qurumun mətbuat xidməti qitənin nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusunu açıqlayıb.
Həftənin rəmzi komandası belə müəyyənləşib:
Qapıçı: Kobel ("Borussiya")
Müdafiəçilər: Rüerson ("Borussiya"), Sançes ("Qalatasaray"), Bern ("Nyukasl"), Qrimaldo ("Bayer")
Yarımmüdafiəçilər: Sara ("Qalatasaray"), Tçuameni ("Real"), Dzolis ("Brügge"), Due (PSJ), Qordon ("Nyukasl")
Hücumçu: Heq ("Bodo/Qlimt")
Siyahıda yer alan "Nyukasl"ın futbolçusu Qordon həftənin ən yaxşı oyunçusu adını qazanıb.
O, komandasının Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə məğlub etdiyi görüşdə 4 qol vuraraq qələbədə həlledici rol oynayıb.