"Neftçi"nin sabiq legioneri Aleks Fernandesin yeni komandası bəlli olub.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Özbəkistanda davam etdirəcək.
Müqavilə ilə Rusiyada "Baltika"ya məxsus olan futbolçu icarə əsasında "Navbahor"a keçib.
O, bu ilin dekabr ayına qədər yeni komandasında oynayacaq. Məlumatı "Baltika"nın mətbuat xidməti yayıb.
2024-2025 mövsümündə "Neftçi"də çıxış etmiş 23 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 16 oyuna 1 qol vurub.