Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Böyük Britaniya ABŞ Prezidenti Donald Trampa ölkəyə məxsus hərbi bazalardan İrana qarşı mümkün zərbələr üçün istifadə etməyə icazə verməyib.
Modern.az xəbər verir ki, “The Times”nəşrinin məlumatına görə, söhbət Dieqo-Qarsiya və Feyrförd bazalarından gedir. Qərarın səbəbi kimi Londonun beynəlxalq hüququn mümkün pozuntuları ilə bağlı narahatlığı göstərilir.
Bildirilir ki, Britaniya hakimiyyəti regionda gərginliyin daha da artmasının qarşısını almaq və hüquqi risklərdən yayınmaq niyyətindədir. Nəşr qeyd edir ki, məhdudiyyətlər Vaşinqtonun İranla bağlı hərbi planları fonunda tətbiq olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.