AZ

Bu risklər əhəmiyyətli dərəcədə azalıb Ərdoğan

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılması üçün hətta sərhədlərindən kənarda belə bütün zəruri addımları atır. Ankara bu çağırışları heç kimin icazəsini almadan “mənbəyində” zərərsizləşdirir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin və digər güc strukturlarının keçirdikləri əməliyyatlar regionda fəaliyyət göstərən terror təşkilatlarının manevr imkanlarını məhdudlaşdırıb.

Dövlət başçısı PKK terrorçuları ilə bağlı problemin tam aradan qaldırılmasına yönəlmiş “Terrorsuz Türkiyə” təşəbbüsünə də diqqət çəkib:

“16 ay əvvəl elan edilmiş “Terrorsuz Türkiyə” təşəbbüsü sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli təhlükəsizliklə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
axar.az

1Mənbələr