“Arsenal” futbolçusu Bukayo Saka ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli vingerlə sözləşmənin müddəti açıqlanmayıb. Sözləşmənin uzunmüddətli olduğu qeyd edilib.
8 yaşında "Arsenal"ın akademiyasına qoşulan Bukayo Saka 2018-ci ildə London klubunun əsas komandasında debüt edib.
BBC-nin məlumatına görə, yeni anlaşma ilə Saka "Arsenal"ın ən çox məvacib alan futbolçusu olub. Məlumata görə, onun həftəlik qazancı 340 min avronu keçəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 23 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.