AZ

"Fənərbağça" Avropa Liqasının pley-off mərhələsində İngiltərə klubuna uduzub

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.

Seçilən
35
6
far.az

7Mənbələr