AZ

Ruslar Türkiyədə saxlanıldı: Aralarında bu vəzifəli şəxs də var

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə hakimiyyəti ölkəyə təcridxanalar haqqında məlumat toplamaq məqsədilə gələn bir qrup kommunisti saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, saxlanılanlar arasında Rusiya Federasiyası Kommunist Partiyasının Moskva Şəhər Komitəsinin (MSK) Büro üzvü Tatyana Desyatova da var.

Desyatova ilə birlikdə italiyalı jurnalist Andrea Lucidi və İspaniya Kommunist Partiyasının nümayəndəsi Fernando Qarsiya da saxlanılıb. Partiya nümayəndələrinin bildirdiyinə görə, onların fəaliyyəti sərt rejimli həbsxanalardakı vəziyyətin sənədləşdirilməsinə yönəlib.

Mətbuat xidməti qeyd edib ki, həbsxanalardakı şəraitin araşdırılması və sənədləşdirilməsi onların ictimai fəaliyyətinin tərkib hissəsidir və nəticə etibarilə insanları özbaşına hərəkətlərdən qorumağa xidmət edir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
globalinfo.az

1Mənbələr