Çeçenistan lideri Ramzan Kadırov Qroznı hava limanından “xüsusi hərbi əməliyyat” zonasına yeni bir könüllü qrupunun göndərildiyini elan edib.
“Onlar öz tapşırıqlarını yerinə yetirmək üçün “Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov adına Qroznı Beynəlxalq Hava Limanı”ndan yola düşən xüsusi reyslə uçdular. Respublikamızdan belə uçuşlar demək olar ki, hər həftə həyata keçirilir”, – Kadırov Telegram kanalında yazıb.
O, könüllülərin təlim keçdiyi Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetini “əfsanəvi qəhrəmanlar qalası” və müxtəlif bölgələrdən olan iştirakçılar üçün ölkədə əsas məkanlardan biri kimi təsvir edib.
//Samir Qurbanov, Editor.az