AZ

Vlahoviç “Yuventus”da qalmasa, “Barsa”ya keçir

Duşan Vlahoviç karyerasını “Yuventus”da davam etdirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu zədə səbəbindən noyabrın sonundan oynamır və martın 1-də “Roma”ya qarşı keçiriləcək oyunda meydana qayıtmağı planlaşdırır.

Onun Turin klubu ilə müqaviləsi 30 iyuna qədərdir və yeni saziş imzalama ehtimalı da istisna olunmur.

Vlahoviçin əsas prioriteti “Yuventus”da qalmaqdır. Lakin ayrılıq baş verərsə, “Barselona” birinci seçim olacaq.

Bu mövsüm A Seriyasında 13 matçda 3 qol və 1 assist edib.

Seçilən
14
idmanxeber.az

1Mənbələr