Basketbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı "Şəki" olub.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi "Abşeron Lions"u məğlub edərək bunu bacarıb.
Komandanın baş məşqçisi Bedri Meriç qələbə barədə bunları deyib:
“Bu gün biz matçı daha çox istədik. Çempionatda onlarla son matçımızda da oyunun sonunda etdiyimiz bəsit səhvlərə görə uduzmuşduq. Amma bu gün oyunçularım matç sonunda eyni səhvləri etmədilər. Bütün oyunçularımla fəxr edirəm.
Yarımfinalda sabahkı rəqibimiz bizə yad deyil. “Gəncə” də geniş heyətlə oynayan güclü komandadır. Mövsümün əvvəlində onları 1 dəfə Gəncədə məğlub etmişdik. Şəkidəki matçımızda isə qalib gələ biləcəyimiz halda, oyun sonunda bəsit səhvlərlə uduzmuşduq. Sabah əlimizdən gələni sonunadək edəcəyik. Qalib gəlmək və ya uduzmaq çox vacib deyil. Əsas odur ki, yaxşı mübarizə aparıb, yaxşı basketbol oynayaq”.