AZ

Tramp Rusiya ilə bağlı sərəncam imzaladı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir il müddətinə uzadılması barədə sərəncam imzalayıb.

"Ölkə.az" xəbər verir ki, sənəd Federal Reyestrdə dərc edilib.

Sərəncama əsasən, qərar Co Bayden administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ildə və Barak Obama administrasiyası tərəfindən 2014-cü ildə tətbiq edilən məhdudiyyətlərə aiddir.

Sənəddə deyilir: "Bu sərəncamlarda nəzərdə tutulan hərəkətlər və fəaliyyətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir".

Yanvar ayında Tramp Rusiya əleyhinə sanksiyaları sərtləşdirmək üçün qanunvericiliyi dəstəklədiyini bildirib. 

Vaşinqtonun yeni məhdudiyyətlər tətbiq etmək planlarını şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ sanksiya siyasəti ilə Rusiyanı Ukraynadakı münaqişənin həlli ilə bağlı qəbuledilməz olan güzəştlərə məcbur etməyə çalışır.

Elvin

Ölkə.az

Seçilən
39
2
olke.az

3Mənbələr