AZ

“Gəlmirlər, hasardan tullansan, tribunadasan” - “Qarabağ”ın sabiq prezidenti

“Oyunlar əla keçir, adam zövq alır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq prezidenti Aqil Abbas deyib.

O bildirib ki, əvvəlki illərə nisbətən Premyer Liqada mübarizə qızışıb:

“Yeganə mənfi məqam azarkeşlərin yoxluğudur ki, o da zamanla düzələr bəlkə. Qəbələdə 15 ildir futbol var, stadion bomboşdur.

Şamaxıda dədə-babadan heç vaxt futbol olmayıb, ancaq camaat stadiona gedir, dəstək verir. Tovuz, Gəncə, Yevlax - burada futbolu sevirlər, gəlib baxırlar.

Bölgələrin hamısında futbola maraq var, bir Qəbələdən başqa. Bunun səbəbini fikirləşib tapmaq lazımdır.

Maraqlıdır ki, stadion şəhərin mərkəzindədir. Hasardan tullansan, tribunadasan”.

Seçilən
22
sportinfo.az

1Mənbələr