BAKI, 19 fevral. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nottingem Forest”i qəbul edib.
Teleqraf xəbər verir ki, Şükrü Saracoğlu stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İsveçrəli hakim Sandro Şererin idarə etdiyi oyunda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Gibbs-Uayt (50) vurublar.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması fevralın 26-da İngiltərədə keçiriləcək.