AZ

Maqnit qasırğası qış aylarında infarkt və insult yaradır - Necə qorunmalıyıq?

Bakı. Trend:

Fevralın 16-dan 22-nə qədər geomaqnit sahəsinin aktivləşməsi iləəlaqədar havada maqnit qasırğası müşahidə olunur. Maqnit qasırğasımüşahidə olunan günlərdə meteohəssas insanlar üçün xəbərdarlıqverilir.

Bəs meteohəssas insanlar kimlərdir? Onlar üçün əlverişsizsayılan hava şəraiti hansı problemlər yaradır? Maqnit qasırğasımüşahidə olunan günlərdə hansı tədbirləri görmək lazımdır? Maqnitqasırğaları insan sağlamlığına hansı ciddi təsirləri göstərə bilərvə hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Trend-in sorğusunu Nizami Tibb Mərkəzi-ninhəkim-terapevti Könül Muxtarova cavablandırıb.

Meteohəssaslıq xüsusilə yaşlılarda, ürək-damarxəstəlikləri olan və hipertoniyadan əziyyət çəkən şəxslərdə rastgəlinən real klinik fenomendir

Həkimin sözlərinə görə, meteohəssaslıq atmosfer təzyiqi,temperatur, külək və rütubət dəyişikliklərinə qarşı orqanizminverdiyi patoloji reaksiyadır:

"Başqa sözlə, bu, bədənin hava şəraitinə qarşı həddindən artıqhiperhəssaslıq reaksiyasıdır. Ölkəmizdə, xüsusən də paytaxtdahavaların tez-tez küləkli keçməsi və təzyiqin dəyişkən olmasısəbəbilə meteohəssaslığa daha çox rast gəlinir".

Maqnit qasırğası qanın laxtalanma prosesinə təsirgöstərə, melatonin sekresiyasını artıra və avtonom sinir sisteminəbirbaşa təsir edə bilir

Könül Muxtarova bildirib ki, meteohəssaslıq əsasən aşağıdakıqruplarda daha çox rast gəlinir:

"Arterial hipertoniyası olanlar, ürək xəstəlikləri olan şəxslər,miqren xəstələri, stent qoyulmuş pasiyentlər, insult keçirmişşəxslər, revmatoloji xəstəlikləri olanlar, yuxarı və aşağı tənəffüsyollarının xroniki xəstəlikləri olanlar(xroniki bronxit, xronikiobstruktiv ağciyər xəstəliyi), yaşlılar, hamilələr, psixi-emosionalstressə meyilli insanlar".

Maqnit qasırğası zamanı müşahidə olunan simptomlar:aritmiya, miqren, təzyiq dəyişkənliyi, yorğunluq,halsızlıq

Həkim maqnit qasırğasının meteohəssas şəxslərə təsir mexanizminədə aydınlıq gətirib. Onun sözlərinə görə, atmosfer təzyiqininkəskin dəyişməsi ilk növbədə baş ağrısına səbəb olur:

"Arterial təzyiq ya həddindən artıq yüksələ, ya da enə bilər.Ürək döyüntülərinin sayı dəyişir, aritmiya, başgicəllənmə meydanaçıxır. Belə şəxslər tez-tez ürəkbulanma və yuxusuzluqdan əziyyətçəkirlər".

Temperatur dəyişikliklərinin meteohəssas şəxslərətəsiri

"Yay aylarında temperaturun kəskin artması damarlarıngenişlənməsinə səbəb olur. Bu zaman arterial təzyiq enir,susuzlaşma yaranır, ürək döyüntüləri artır və tromboz riskiyüksəlir. Bəzi hallarda bu vəziyyət ölümə qədər nəticələnə bilər.Soyuq havalarda isə əksinə, damar daralması baş verdiyi üçünarterial təzyiq kəskin qalxır. Bu, stenokardiya tutmalarına səbəbolur və miokard infarktı riskini artırır".

Yay və qış aylarında risk fərqləri

Könül Muxtarova bildirib ki, maqnit qasırğasının təsir mexanizmiəsasən eynidir, lakin fəsillərə görə risk dəyişir:

"Qış aylarında D vitamini çatışmazlığı səbəbilə immun sistemzəifləyir və bu, hipertoniya və ürəyin işemik xəstəlikləri üçünəlavə risk yaradır.

Qış aylarında müşahidə olunan maqnit qasırğası infarktvə insult riskini artırır

Yay aylarında isə susuzlaşma fonunda bayılmalar və hipotonikhallar daha çox müşahidə olunur. Yaşlı və aşağı təzyiqə meyillişəxslər üçün yay mövsümündə maqnit qasırğası dahatəhlükəlidir.Ürək-damar xəstəlikləri olan şəxslər üçün isə qışaylarındakı maqnit qasırğası daha yüksək risk daşıyır. Bu dövrdəqanın osmotikliyi və simpatik aktivlik artır, nəticədə infarkt vəinsult riski yüksəlir".

Həkim-terapevt meteohəssas insanlar üçün maqnit qasırğasıgünlərində tövsiyyələr və mülaicə üsullarından da danışıb:

"Əgər hipertoniyalı xəstə eyni zamanda meteohəssasdırsa, maqnitqasırğası günlərində arterial təzyiq mütləq şəkildə mütəmadinəzarətdə saxlanmalıdır.
Təzyiq gün ərzində bir neçə dəfə ölçülməlidir. Təzyiq 140/90 mmcivə sütunundan yuxarıdırsa, dərman qəbulu vacibdir.
Gündə ən azı 2 litr maye qəbul edilməli, susuzlaşmanın qarşısıalınmalıdır.
Ürək çatışmazlığı olan xəstələr maye miqdarını həkimləməsləhətləşməlidir. Dərman dozasının artırılması yalnız həkimqərarı ilə aparılmalıdır.
Stressdən uzaq durmaq lazımdır, çünki stress simpatik aktivliyiartırır.
Yuxu rejiminə əməl olunmalı, lazım gələrsə melatonin pozğunluğuüçün həkim məsləhəti alınmalıdır. Su-duz mübadiləsi nəzarətdəsaxlanmalı, D vitamini və maqnezium qəbulu tövsiyə olunur. Bəzihallarda təzyiq dərmanlarının qəbul vaxtı dəyişdirilə bilər, bu dayalnız həkim nəzarəti ilə edilməlidir", o, vurğulayıb.

Seçilən
18
3
az.trend.az

4Mənbələr