BP‑nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya kralı III Çarlz tərəfindən Birləşmiş Krallığının fəxri zabiti (OBE) adına layiq görülüb.
"Ölkə.az" xəbər verir ki, OBE fəxri titulu Aslanbəyliyə kral III Çarlz tərəfindən Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif edilib.
O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.