AZ

Ronaldonu arxada qoydu

Xəbər verdiyimiz kimi, Harri Keyn bundesliqanın 22-ci turunda “Verder”lə matçda (3:0) dubl edərək karyerasında 500-cü qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Transfermarkt” portalının məlumatına görə, “Bavariya”nın ingiltərəli hücumçusugöstəriciyə 743-cü oyununda nail olub. Bununla da Keyn 21-ci əsrdə 500 qol həddinə ən tez çatan futbolçuların siyahısında 3-cü yerə yüksəlib.

Reytinq cədvəlinə “İnter Mayami”nin hücumçusu Lionel Messi başçılıq edir. Argentinalı futbolçu 500 qolu 632 matça vurub. İkinci pilləni “Barselona”nın polşalı forvardı Robert Levandovski (730 oyun) tutur.

“Əl-Nəssr”in kapitanı Kriştiano Ronaldo isə 500 qol həddini 753 oyuna keçərək reytinqdə 4-cü pillədədi.

Seçilən
37
4
football-plus.az

6Mənbələr