AZ

Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi

Beyləqanda genişmiqyaslı yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, küləkli hava şəraitində kolluq ərazidə başlayan yanğın rayonun Eyvazalılar Tatarlar kənd ərazisndə yerləşən meşə massivinə keçib.

Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşlarının bölüyünün avtomobilləri tam heyətlə cəlb edilib.

Məlumata görə, yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən bölməsinin də cəlb olunması planlaşdırılır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Seçilən
4
anews.az

1Mənbələr