AZ

ABŞ Venesuelaya qarşı sanksiyaların müddətini daha bir ilUZATDI

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı 2015-ci ildə tətbiq edilən və sonradan sərtləşdirilən sanksiyaların müddətini bir il uzadıb.

Redaktor.az xəbər verir ki, Bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrə daxil edilmiş bildirişdə qeyd olunub.

Söhbət 2015-ci ilin martında ABŞ-ın 44-cü Prezidenti Barak Obama tərəfindən Bolivar Respublikası Venesuelada guya insan hüquqlarının pozulması ilə bağlı imzalanmış fərman əsasında tətbiq edilən məhdudiyyətlərdən gedir. Sonrakı illərdə bu sanksiyalar dəfələrlə genişləndirilib, sərtləşdirilib və uzadılıb.

Bildirişdə vurğulanır ki, Venesueladakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün “qeyri-adi təhdid” olaraq qalmaqda davam edir. “Buna görə də 13 692 saylı icra fərmanı ilə elan edilmiş fövqəladə sanksiya rejimini uzadıram”, – deyə ABŞ lideri bildirib. Sənədin fevralın 20-də rəsmi şəkildə dərc olunacağı qeyd edilir.

Qeyd edək ki, ABŞ hakimiyyəti son bir neçə həftə ərzində Venesuelanın neft-qaz sektorunda fəaliyyətlə bağlı bir sıra əməliyyatları sanksiyalardan çıxarıb.

Xədicə BAXIŞLI

Seçilən
56
redaktor.az

1Mənbələr