“Neftçi” ilə kubok oyunundan sonra “Gəncə” basketbol klubunun nin baş məşqçisi Halil Atlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
İdman.Biz bildirir ki, dörddəbir final matçı 95:92 hesabı ilə gəncəlilərin qələbəsi ilə yekunlaşıb.
“Çox pis başladığımız oyunu son nəticəyə daşıdıq. Komandamı buna görə təbrik edirəm, yarımfinaldayıq. Belə oyunlar çempionatdan fərqlənir. Meydançada kim qələbəni daha çox arzulayırsa, o da istəyinə çatır. Fasilədən sonra, oyunun ikinci bölümündə qalib gəlməyi çox istədik. Texniki dəyişikliklər işə yaradı. Çətin qələbə qazandıq. Addım-addım irəliləyəcəyik. Növbəti oyuna konsentrasiya olacağıq”, - Atlı bildirib.
Yarımfinalda “Gəncə” “Şəki” ilə qarşılaşacaq.