AZ

Macarıstan Ukraynaya qaz və elektrik enerjisi təchizatını dayandıra bilər

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Macarıstan hökuməti Kiyevin Drujba boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini bloklamasına cavab olaraq dizel yanacağı təchizatının dayandırılmasından sonra Ukraynaya qaz və elektrik enerjisi təchizatını dayandırmaq imkanını nəzərdən keçirir. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Gergeli Qulyas bildirib. O, Ukrayna hakimiyyətinin hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib.Qulyas xatırladıb ki, 18 fevralda Macarıstan hökuməti Drujba boru kəməri ilə neft nəqli bərpa olunana qədər Ukraynaya dizel yanacağı tədarük etməyəcəyini açıqlayıb. "Biz həmçinin elektrik enerjisi və təbii qaz təchizatını dayandırmaq imkanlarını araşdırırıq", -deyə Qulyas deyib.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
newscenter.az

1Mənbələr