AZ

SSRİ nin Epşteyni Nazirin məmurlar üçün təşkil etdiyi gizli görüşlər və 18 yaşlı tələbələr... (FOTOLAR)

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1955-ci ildə Sovet İttifaqının mərkəzində, Moskvada yüksək vəzifəli şəxslərin iştirak etdiyi böyük rüsvayçılığın üstü açılıb. Hadisə tarixdə "Qladiatorlar işi" kimi qalıb və dövrün tanınmış mədəniyyət xadimlərinin, nazirlərinin karyerasına son qoyub.Demokrat.az xəbər verir ki, hər şey Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Nikita Xruşşova ünvanlanan anonim məktubla başlayıb. Özünü "ana" kimi təqdim edən bir qadın 18 yaşlı qızının məşhur dramaturq Konstantin Krivoşeinin villasında qurulan gizli şəbəkəyə cəlb edildiyini yazıb. Araşdırmalar zamanı bəlli olub ki, Konstantin Krivoşeinin paytaxt kənarındakı villasında universitet tələbələri və balet məktəbinin gənc qızları üçün xüsusi "görüş yeri" təşkil olunubmuş.Bu gizli klubun ən nüfuzlu müştərisi isə dövrün Mədəniyyət naziri Georgi Aleksandrov olub. Məlum olub ki, dramaturq gənc qızları gələcəkdə karyera vədləri ilə şirnikləndirərək nazir və digər yüksək rütbəli məmurlarla görüşlərə sövq edib. Hadisə o qədər səs-küyə səbəb olub ki, Nikita Xruşşov günahkarları şəxsən tənbeh edib.Qalmaqalın nəticələri həm məmurlar, həm də qurbanlar üçün ağır olub. Mədəniyyət naziri Georgi Aleksandrov vəzifəsindən kənarlaşdırılaraq Minskə sürgün edilib. Şəbəkəni quran Konstantin Krivoşein isə həbs olunaraq uzunmüddətli həbs cəzası alıb. Ən faciəli məqam isə qızını xilas etmək üçün prokurorluğa rəsmi şikayət edən Zinaida Lobzikovanın aqibəti olub. Cəsarətli ana bu hadisədən qısa müddət sonra naməlum şəxslərin hücumuna məruz qalıb və xəstəxanada vəfat edib.​​​​​​​Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'Qeyd edək ki, Sovet ideologiyasının "qüsursuz kommunist" obrazına ciddi zərbə vuran bu hadisə uzun illər gizli saxlanılsa da, sonradan arxiv sənədləri vasitəsilə ictimaiyyətə məlum olub.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
1
demokrat.az

2Mənbələr