“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyinə könüllü olmaq istəyənlərin nəzərinə!
QHT.az xəbər verir ki, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində sosial rifahı aşağı olan insanlara könüllü fəaliyyət göstərmək istəyən şəxsləri dəvət edir.
Axtardıqları könüllü sahələri:
1. Pedaqoq – Uşaqlarla işləmək və tədris sahəsində təcrübəsi olan
2. Sosial işçi – Sosial xidmət və dəstək sahəsində təcrübəli
3. Kompüter kurs müəllimi – Texnoloji biliklərini paylaşa bilən
4. Rəsm müəllimi – Yaradıcı inkişaf və sənət üzrə təcrübəli
5. Hüquqşünas – Hüquqi məsləhət və dəstək təmin edə bilən
6. Psixoloq – Fərdi və qrup terapiyası keçirə bilən
7. Rus dili müəllimi – Rus dili dərsləri keçmək, dil biliklərini inkişaf etdirmək və tədris sahəsində təcrübəsi olan
8. İngilis dili müəllimi – İngilis dili dərsləri keçmək, ingilis dili biliklərini inkişaf etdirmək və tədris sahəsində təcrübəsi olan
9. İngilis dili bilən könüllü – Tərcümə və dil dəstəyi sahəsində kömək etməyə hazır olan
10. Ofis meneceri – Təşkilati işləri idarə edə bilən
11. Layihə rəhbəri – Layihələrin idarə olunmasında təcrübəli
12. Təlimçi – Təlim proqramları hazırlaya və keçə bilən
13. Mühasib – Maliyyə və hesabat işlərində təcrübəli
14. Ailə səfərbərçisi – Ailələrlə işləmək və dəstək proqramlarını koordinasiya etmək bacarığı olan
15. Maliyyə axtarışı üzrə işçi – Qrant və maliyyə mənbələrinin cəlb olunmasında təcrübəli
16. Sədr köməkçisi – Administrativ və təşkilati dəstək verə bilən
17. Futbol üzrə məşqçi – Uşaqlar və gənclərlə idman məşqlərində təcrübəli
18. Uşaq və Ailə Departamentinin rəhbəri – Sosial layihələr və ailə dəstəyi proqramlarını idarə edə bilən
Qeyd: Yuxarıdakı sahələrdə könüllü fəaliyyət göstərmək istəyənlər bizimlə əlaqə saxlasınlar. Məqsədimiz insanlara daha yaxşı xidmət göstərmək və sosial problemlərin həllinə töhfə verməkdir.
Əlaqə: +994 55 789 42 42 (WhatsApp ilə də müraciət edə bilərsiniz)
“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi