AZ

Gəncədə bıçaqlanan Kəpəz in futbolçusu xəstəxanadan evə buraxılıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Gəncədə bıçaqlanan "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, bir neçə gün öncə müalicə aldığı tibb müəssisəsindən evə buraxılan futbolçu hazırda Bakı şəhərindədir.

Qeyd olunub ki, V.Rzayev paytaxtda həkim müayinəsindən keçir. Futbolçunun müalicəsi bu şəkildə davam etsə, yaxın günlərdə yüngül məşqlərə başlayacaq.

Məlumat üçün bildirək ki, 24 yaşlı futbolçu fevralın 3-də gecə saatlarında bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

İnsidentdən sonra klub futbolçu ilə müqaviləsini dayandırmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
2
oxu.az

4Mənbələr