AZ

Nigeriyada 7 kəndə eyni vaxtda hücum: 30 nəfər həyatını itirdi

Nigeriyanın Kebbi ştatında silahlı şəxslər tərəfindən həyata keçirilən hücumlar nəticəsində 30 nəfərin öldüyü bildirilir. Hadisə zamanı çoxsaylı yaralıların olduğu, hücumlardan sonra kənd sakinlərinin evlərini tərk etdiyi qeyd olunur.

Editor.az xəbər verir ki, Nigeriyanın Kebbi ştatının Arewa bölgəsinə daxil olan 7 kəndə silahlı hücum təşkil edilib. Hücumlar nəticəsində 30 nəfər həyatını itirib, xeyli sayda insan isə yaralanıb.

Kebbi Ştatı Polis İdarəsinin sözçüsü Bashir Usman bildirib ki, hücumlar Lakurawa qruplaşmasının üzvləri tərəfindən törədilib. Onun sözlərinə görə, ölənlərin sayı 30 nəfərdir və yaralılar mövcuddur.

Hadisələrdən sonra bölgədə ciddi təşviş yaranıb və kənd sakinlərinin təhlükəsizlik səbəbilə yaşayış yerlərini tərk etdiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr