AZ

“Yeni nəqliyyat marşrutu, yeni reallıqlar”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“TRIPP marşrutunun reallaşması və Zəngəzur dəhlizinin lokomotivi kimi Azərbaycanın rolu Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaradıb”.

Bunu deputat Vüqar İsgəndərov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

O bildirib ki, bu, yalnız nəqliyyat marşrutu deyil, həm də region ölkələri arasında ticarət və logistika əlaqələrinin inkişafı üçün strateji bir addımdır: “Ermənistanda dəmiryollarının qərb şirkətlərinə verilməsi planları ölkənin daxili işi olsa da, hər bir suveren dövlətin strateji infrastrukturu – sərhəd, müdafiə və nəqliyyat – milli nəzarətdə olmalıdır. Bu, həm ölkənin təhlükəsizliyi, həm də iqtisadi müstəqilliyi üçün vacibdir.Azərbaycan bölgədə baş verən bütün prosesləri diqqətlə izləyir və milli maraqlara uyğun olmayan hər hansı addımı öncədən qarşısını almağa hazırdır. Hər bir addım bölgənin təhlükəsizliyi, iqtisadi-logistika maraqları və strateji maraqlar çərçivəsində qiymətləndirilir. Biz həmçinin regionda stabilliyi qorumaq və qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək məqsədilə müvafiq addımlar atırıq. Ümumilikdə, Zəngəzur dəhlizi və TRIPP marşrutu Azərbaycanın təşəbbüsü ilə regionun inkişafına töhfə verir və strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar milli maraqlarla və regionun uzunmüddətli sabitliyi ilə uzlaşmalıdır”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr