Ajans.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan şəxslər arasında Kaan Tangöze, İsmail Hacıoğlu, Kemal Doğulu və Murat Dalkılıç da olub. Onların prokurorluq ifadələrindən sonra sərbəst buraxıldığı bildirilib. İş üzrə daha əvvəl aralarında məşhurların da olduğu 21 nəfərin saxlanıldığı qeyd edilir. Prokurorluq bəzi şübhəlilərin həbs tələbi ilə məhkəməyə göndərildiyini, bir qrup şəxs barəsində isə adli nəzarət və ev dustaqlığı tədbirlərinin istəndiyini açıqlayıb. Bundan əlavə, Braziliyada olduğu bildirilən müğənni Edis barəsində də axtarış qərarı çıxarıldığı vurğulanır. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.