AZ

Britaniyadan ABŞ a ağır zərbə: İrana bunu etməyə icazə vermədi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya hakimiyyəti ABŞ-ın İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hava bazalarından istifadə etməsinə razılıq verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın planlarında İngiltərənin Qlosterşir qraflığında yerləşən “Feyrförd” aviabazasından və Hind okeanındakı hərbi obyektlərdən istifadə nəzərdə tutulurdu. Hər iki baza uzun illərdir ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.

Lakin London bildirib ki, mövcud razılaşmaya əsasən ABŞ bu bazalardan hərbi əməliyyatlar üçün yalnız Böyük Britaniya hökumətinin əvvəlcədən razılığı ilə yararlana bilər. Britaniya tərəfi ehtiyat edir ki, İrana qarşı mümkün zərbə beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə və bu halda əməliyyata dəstək verən ölkə də məsuliyyət daşıya bilər.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmeri Dieqo-Qarsiya adası ilə bağlı uzunmüddətli icarə razılaşmalarından çəkinməyə çağırıb. Trampın fikrincə, İran nüvə sazişindən imtina etsə, həmin strateji obyektlər ABŞ üçün xüsusi əhəmiyyət daşıya bilər.

Ekspertlər hesab edir ki, Londonun bu qərarı Vaşinqtonun regionla bağlı hərbi planlarını çətinləşdirəcək və Qərb müttəfiqləri arasında fikir ayrılıqlarını daha da açıq şəkildə üzə çıxardacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr