AZ

Premyer-liqada iftar fasiləsi tətbiq olunacaq

İngiltərə premyer-liqasında Ramazan ayı ilə əlaqədar xüsusi qərar qəbul edilib.

"Football-plus.az" xəbər verir ki, müsəlman futbolçuların oruclarını aça bilməsi üçün matçlarda qısa fasilələr veriləcək. Yeni qaydaya əsasən, oyunlardan əvvəl hakimlər oruc tutan futbolçuların siyahısını dəqiqləşdirəcəklər. İftar vaxtı çatdıqda isə oyunun təbii dayanma anında - qapıdan zərbə, cərimə zərbəsi zamanı hakim matçı dayandıracaq.

Qeyd edək ki, bu fasilə komandalar üçün taktiki göstəriş və ya adi su fasiləsi xarakteri daşımayacaq. Tərəflər və hakimlər dayanma vaxtını əvvəlcədən planlaşdıracaqlar.

Qeyd edək ki, İngiltərə Futbol Liqası bu təcrübəni ilk dəfə 2021-ci ildə tətbiq edib. Premyer-Liqa rəhbərliyi isə ənənəni davam etdirmək niyyətindədi.

Seçilən
40
2
football-plus.az

3Mənbələr