AZ

Tramp: "Putinlə çox yaxşı münasibətlərim var"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərinin olduğunu bir daha təkrarladı.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, bu açıqlamanı 19 fevralda Vaşinqtonda keçirilən "Sülh Şurası"nın ilk sammiti zamanı verib.

"Mənim Prezident Putinlə çox yaxşı münasibətlərim var". - Tramp bunu Ağ Evin YouTube kanalında yayımlanan "Sülh Şurası"nın ilk sammitindəki çıxışı zamanı bildirib.

ABŞ prezidenti əlavə edib ki, Çin prezidenti Si Cinpin ilə çox yaxşı münasibətləri var. Tramp bu ilin aprel ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr