AZ

Gəncədə bıçaqlanan futbolçu xəstəxanadan evə buraxıldı

Gəncədə bıçaqlanan futbolçu xəstəxanadan evə buraxıldı

Gəncədə bıçaqlanan "Kəpəz” PFK-nın futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.

Teleqraf xəbər verir ki, futbolçu bir neçə gün öncə müalicə aldığı tibb müəssisəsindən evə buraxılıb. O, hazırda Bakı şəhərindədir və mütəxəssis müayinəsindən keçir. Bildirilir ki, müalicə prosesi bu tempdə davam edərsə, futbolçu yaxın günlərdə yüngül məşqlərə başlaya biləcək.

Məlumat üçün bildirək ki, 24 yaşlı futbolçu fevralın 3-də gecə saatlarında bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən şəxs dərhal saxlanılaraq istintaqa təhvil verilib.

İnsidentdən sonra "Kəpəz" PFK rəhbərliyi futbolçuya dəstək nümayiş etdirərək onunla müqaviləni dayandırmayıb. Veysəl Rzayevin tam bərpa olunduqdan sonra yenidən komandanın heyətinə qatılması gözlənilir.

Seçilən
17
1
afn.az

4Mənbələr