AZ

İkardi Argentina mətbuatına od püskürdü

Tez-tez adı müxtəlif qalmaqallarda hallanan Mauro İkardi Argentina mətbuatının son ''hoqqasına'' od püskürüb.

"Football-plus.az" xəbər verir ki, məsələ burasındadı ki, ''Qalatasaray'' bugünlərdə Lukas Torreyranın ad gününə həsr olunmuş görkəmli bir tədbir keçirmişdi. Həmin tədbirdən çəkilən görüntü sosial şəbəkələrdə qısa müddətdə sürətlə yayılıb. Həmin görüntüdə guya İkardi başqa bir xanımla öpüşür.

Xatırladaq ki, ünlü forvard Vanda Naradan ayrılandan sonra Çayna Suares ilə münasibətdədi. ''Qalatasaray'' tarixinin ən məhsuldar əcnəbi futbolçusu olan İkardi ''instaqram''ın hekayə bölümündəki paylaşımında bunları yazıb:

''Argentinanın maqazin dünyasında nələr baş verir? Rəsmən dibə vurublar və artıq özlərindən nə uyduracaqlarını da bilmirlər. Özünü jurnalist sayan 3-5 yaramazın ortaya atdığı bu biabırçılığı oxumaq məcburiyyətindəyik. Tam bir rəzalətdi. Soruşsan, topun yumru olduğunu bilmirlər. Amma işləri-gücləri yalnız 24 saat mənim haqqımda danışmaqdı. Həmin videoya gəlincə, bunu paylaşanlar, görünür, boynumda döymələrin olduğunu unudub. Amma reytinq xətrinə eyni şeyi təkrarlayırlar. Keçmişimdə yaşananları xatırlamaq istəmirəm. İndiki həyatım mükəmməldi. Həyatımın sonuna qədər birlikdə olmaq istədiyim, sevdiyim qadın yanımdadı”.
Seçilən
90
1
football-plus.az

2Mənbələr