AZ

Şəhər Şurasından “Barselona”ya ağır zərbə - “Kambek” planları təhlükədə

"Barselona"nın "Atletiko" ilə taleyüklü cavab qarşılaşması öncəsi azarkeş sayını artırmaq cəhdi uğursuzluqla nəticələnib.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi stadionun tutumunu 62 000 nəfərə çatdırmaq üçün "1C" lisenziyası almağa ümid etsə də, Barselona Şəhər Şurası gözlənilmədən bu icazəni verməkdən imtina edib.

Şura tərəfindən heç bir aydın izahatın verilməməsi isə klub daxilində böyük narazılığa və şoka səbəb olub.

Lakin "katalonlar" təslim olmaq niyyətində deyil. Stadiondakı tribunaların azlığına baxmayaraq, klub rəhbərliyi atmosferi pik həddə çatdırmaq üçün yeni texnoloji həllə əl atıb. Oyun ərəfəsində stadionda xüsusi animasiyalı tribuna sisteminin pilot sınaqları keçiriləcək.

Bu yenilik sayəsində azarkeşlərin yaratdığı ab-hava vizual effektlərlə gücləndiriləcək. "Barselona" məhz bu vizual və akustik təzyiqlə "Atletiko" qarşısında möhtəşəm geri dönüş (kambek) etmək üçün lazımi atmosfer yaratmağa çalışacaq.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr