AZ

Çilidə maye qaz daşıyan yük maşını partlayıb: Ölənlər var VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çilinin paytaxtı Santyaqo şəhərinin şimalında maye qaz daşıyan yük avtomobili partlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "BioBio" radiostansiyası məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfərin həlak olduğu, 10 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

İkin məlumata əsasən, yük maşınının sürücüsü idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil aşıb. Qəza güclü partlayışla nəticələnib və həmin vaxt magistral yolda hərəkətdə olan daha yeddi nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
oxu.az

1Mənbələr