AZ

Qazaxıstan Sülh Şurasına təxirəsalınmaz şəkildə əhəmiyyətli maliyyə töhfəsi verməyə hazırdır - Tokayev

Astana. Trend:

Qazaxıstan dərhal Sülh Şurasına əhəmiyyətli miqdarda maliyyəvəsaiti ayırmağa hazırdır.

Trend xəbər verir ki, bubarədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sülh ŞurasınınVaşinqtonda keçirilən ilk iclasında deyib.

"Qazaxıstan həmçinin nüfuzlu beynəlxalq şirkətlər vasitəsiləyenidənqurma və tikinti prosesində iştirak etməyə sadiqdir. Əsasənhökumətimiz tərəfindən maliyyələşdirilən proqrama infrastruktur,mənzil, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digərvacib mülki obyektlərin tikintisi, eləcə də dağıntılarıntəmizlənməsi daxil ola bilər. Biz beynəlxalq ictimaiyyət qarşısındamaliyyə öhdəliklərimizi tam şəkildə yerinə yetirməyə sadiqik", - obildirib.

Tokayev qeyd edib ki, dünyanın ən böyük buğda istehsalçılarındanbiri olan Qazaxıstan Qəzzada və ondan kənarda ərzaqtəhlükəsizliyini gücləndirmək üçün humanitar yardım göstərməyəhazırdır.

"Qazaxıstan beş il ərzində universitetlərimizdə təhsil almaqüçün fələstinli tələbələrə 500 təqaüd ayırmağı planlaşdırır. Bizelektron hökumət və digər rəqəmsal həllər sahəsində beynəlxalqsəviyyədə tanınmış təcrübəmizi paylaşa bilərik", - o əlavəedib.

Seçilən
26
2
az.trend.az

3Mənbələr