AZ

226 nömrəli orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirilib-Fotolar

Fevralın 19-da Bakı şəhəri Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirə YAP Suraxanı Rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova ,Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova,
Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyyə Mehralıyeva,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dünyada ilk dəfə Quranı ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Neft-energetika kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, şəhid anaları, ziyalılar, rayonun tanınmış ictimaiyyət nümayəndələri, media işçiləri dəvət olunmuşdu. Föyedəki sərgidə gənc rəssamların çəkdiyi əsərlər, şux rəqslər, Azərbaycan idmanına töhfələr verən, müxtəlif medallarla təltif olunan gənc idmançılaın çıxışları, eləcə də AYB və AJB-nin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar təqdim olundu. Tədbur ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin direktoru, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana dili Günü haqqında məlumat verərək, bu gün Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırdı.

Aparıcı, ana dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova çıxışında ana dilimizin müqəddəs və dəyərli olduğunu söylədi. Ədəbi-bədi gecədə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizlə bağlı çıxışları alqışlarla qarşılandı. Həmin gün tədbir iştirakçılarından- Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, YAP Suraxanı Rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, şəhid Qəhrəmanov Orxanın anası Arzu xanım, Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyyə Mehralıyeva çıxış edərək dünya dilləri içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən və gənc nəsillərə milli qürumuz olan ana dilimizə həmişə dəstək olmağı söylədilər. Şagirdlərin hazırladıqları mahnılar, şeir çələngi, tarixi şəxsiyyətlərimizdən – Ş.İ.Xətainin, M.Füzulinin, İ.Nəsiminin, X.Natəvanın dili ilə səsləndirilməsi tədbirə xoş ovqat bəxş elədi. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Seçilən
30
editor.az

1Mənbələr